Bouz: "İrana hücum Rusiyanın Ukrayna münaqişəsində haqlı olduğunu göstərir"

Bouz: "İrana hücum Rusiyanın Ukrayna münaqişəsində haqlı olduğunu göstərir"
14 İyn 2025 11:27

İsrailin İrandakı hərbi obyektlərə zərbələr endirməsi Rusiyanın Ukrayna münaqişəsində düzgün mövqe tutmasından xəbər verir. Bu barədə məşhur irlandiyalı jurnalist Çey Bouz X platformasındakı hesabında yazıb.


"İran, ABŞ və İsrail arasında qondarma sülh danışıqları məsələləri ətrafında baş verənlər göstərir ki, Rusiya Ukrayna ilə bağlı mövqeyində tamamilə haqlıdır. Yəni, "razılığa gəlin, biz də dayanaq!". Heç bir razılaşma yoxdur? O zaman biz hərbi əməliyyatlarımıza davam edəcəyik", - o qeyd edib.


Bouz İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla aparılan danışıqlar zamanı Tehranın aldandığını da vurğulayıb. Bununla bağlı jurnalist Yaxın Şərqdəki mövcud vəziyyəti beynəlxalq ictimaiyyət üçün əsl dərs adlandırıb. Bu, həm də Rusiya lideri Vladimir Putinin haqlı olmasının təsdiqidir.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.

Tural


Sizin reklam burada
Sizin reklam burada