Borrell: “ Aİ-nin bəzi ölkələri yaxın vaxtlarda Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz edəcək”

Borrell: “ Aİ-nin bəzi ölkələri yaxın vaxtlarda Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz edəcək”
22 Apr 2024 21:34

Avropa İttifaqının (Aİ) bəzi ölkələri yaxın vaxtlarda Ukraynanı hava hücumundan müdafiə (HHM) sistemləri və onlar üçün sursatla təchiz etməyə başlaya bilər.

Bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borrell Aİ ölkələrinin xarici işlər və müdafiə nazirlərinin Lüksemburqda keçirilən görüşünün yekunları üzrə brifinqdə bildirib.

Borrell bildirib ki, Ukraynanın HHM sistemlərinə ciddi ehtiyacı var: “Bir sözlə, təcili təchizat zəruridir və bir sıra Aİ ölkələri indidən təchizata başlamaq niyyətlərini bildiriblər”.

 


Youtube kanalımız

Oxşar xəbərlər