Borodina türk seriallarına qadağa qoyulması təklifinə qarşı çıxdı

Borodina türk seriallarına qadağa qoyulması təklifinə qarşı çıxdı
11 İyl 2024 17:22

Rusiyanın məşhur teleaparıcısı Kseniya Borodina ölkədə Türkiyə istehsalı olan serialların qadağası ilə bağlı çağırışları pisləyib. O, sosial şəbəkələrdə məlum serialların nümayişinə qadağa qoyulmasına çağıran Dövlət Dumasının deputatı Vitali Milonovun təşəbbüsünə cavab verərkənd eyib ki, siyasətçi belə dərinə getməməlidir.

“Qızlar, şok məzmun istəyirsiniz? Dövlət Dumasında Rusiyada türk seriallarına qadağa qoymağa çağırışlar olub. Səbəb isə tamaşaçılara Türkiyə həyatı haqqında yanlış təsəvvür yaradan, “qadın tamaşaçıların beynində həqiqətə uyğun olmayan nağıllar” formalaşdıran “zay filmlər”in gəlməsi göstərilir. Bizim deputatlarımız necə belə çox düşünür axı. Bunlar istirahət etməyin başqa bir yoludur, işdəki ağır gündən və ətrafınızda baş verən neqativlərdən uzaq qaçmağa kömək edən gözəl bir şeydir. Qızlar, qanunun qüvvəyə minməsinə icazə verməyəcəyik, elə deyilmi? Burada biz çoxluq təşkil edirik", - deyə o  bildirib.

Tural

News365.az


Sizin reklam burada
Sizin reklam burada