Bolton da tarixi Roma görüşünü alqışladı

Bolton da tarixi Roma görüşünü alqışladı
10:30

ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton diqqət çəkən fikirlər səsləndirib. O, prezident Donald Trampın ukraynalı həmkarı Vladimir Zelenski ilə Romada görüşünü alqışlayıb. Siyasətçi bunu liderlər arasında münasibətlərin bərpası istiqamətində “əhəmiyyətli addım” adlandırıb. Onun sözlərini CNN sitat gətirib.

"Düşünürəm ki, görüş əlamətdar oldu. Məncə, bu, iki lider arasında arzuolunmaz söhbət istiqamətində əhəmiyyətli bir geri addımdır",- Bolton deyib.

Eyni zamanda, o qeyd edib ki, bu, mütləq böyük irəliləyiş demək deyil. Lakin onlar fevralın 28-də Oval kabinetdə baş verənlərlə bağlı yaranmış obrazı məhv etdilər.

Xatırladaq ki, aprelin 26-da Vatikanda keçirilən Papa Fransiskin dəfn mərasimindən əvvəl Ukrayna və ABŞ prezidentləri arasında qısa danışıqlar aparılıb. Bu, fevral ayında Ağ Evdə baş verən qalmaqallı görüşdən sonra tərəflərin ilk üzbəüz görüşü idi.

Üstəlik, görüş Trampın komandasının danışıqlar prosesindən uzaqlaşa biləcəklərini bəyan etməsindən və Londondakı məsləhətləşmələrin pozulmasından sonra baş tutub. Xarici KİV-in məlumatına görə, Amerika tərəfi Ukraynanın ərazi güzəştlərinə getmək istəməməsindən qəzəblənib.



Tural


Sizin reklam burada
Sizin reklam burada