“Biz Füzulini beynəlxalq aeroport kimi təbrik etməliyik“ Millət Vəkili

“Biz Füzulini beynəlxalq aeroport kimi təbrik etməliyik“  Millət Vəkili
26 Apr 2024 17:23

"Cənab prezidentin Füzulidən Almaniyaya uçuşu aeroportun beynəlxalq statusunun təbrikidir".

Bunu Millət Vəkili Rasim Musabəyov News365.az- açıqlamasında deyib.

"Xatırlatmaq istəyirəm ki, Füzuli aeroportunun beynəlxalq statusu ilk dəfə Türkiyə prezidenti Ərdoğanın gəlməsi ilə  təsdiqlənmişdi. İndi isə Cənab prezident burdan Avropa ölkəsinin paytaxtına uçur. Heç kəs artıq Azərbaycanın ərazi bütövlüyünə barmaqarası baxmır. Bununla hamı razılaşır. Biz əslində Füzulini beynəlxalq aeroport kimi təbrik etməliyik. Bura tək prezident yox şirkətlərin nümayəndələri gəlməli, cürbəcür ölkələrə reyslər həyata keçirəcəklər.  Bu hər bir halda təqdirə layiq bir hadisədir"- deyə Millət Vəkili əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər