Baqrat mitinq üçün yeni məkan seçdi -VİDEO

Baqrat mitinq üçün yeni məkan seçdi -VİDEO
03 İyn 2024 10:20

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Səhər saatlarında "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının rəhbəri arxiyepiskop Baqrat Srbazan radikallara aksiya üçün yeni məkana toplaşması ilə bağlı çağırışlar edib. Bundan sonra Baqratın tərəfdarları ilə birlikdə İstintaq Komitəsinə doğru yürüş etdiyini görən Daxili İşlər Nazirliyinin rəhbərliyi ərziyə xeyli sayda polis qüvvələri cəlb edib.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural


Sizin reklam burada
Sizin reklam burada