Bakıda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana götürüldü - VİDEO

Bakıda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana götürüldü -  VİDEO
18 Apr 2024 18:29

Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Məhəmməd Əliyev saxlanılıb.

DİN-dən News365.az-a verilən məlumata görə, ondan 5 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 300 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

M.Əliyev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

Onun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. M.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.


Youtube kanalımız

Oxşar xəbərlər