Yaz mövsümündə şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, iyun ayının 14-də paytaxtda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb.
News365.az xəbər verir ki, Bakı Şəhər İcra
Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və
prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb.
Təmizlik işləri zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin
əməkdaşları tərəfindən prospekt və küçələrin,
səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı
məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata
keçirilib, həyət və
yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə,
ticarət və digər obyektlərin vitrinlərini təmizlənib, ətrafında səliqə-sahman
yaradılıb.
Bakı Şəhər
Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və
prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub,
onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq
göstərilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü
oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar
yaradılıb.
Yay aylarında Bakı şəhərinə çoxsaylı qonaqların
gələcəyini nəzərə alaraq paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə
saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər bütün
il ərzində davam etdiriləcəkdir.