Bakı xəstəxanalarında növbələrin səbəbləri açıqlandı

Bakı xəstəxanalarında növbələrin  səbəbləri açıqlandı
26 Apr 2024 12:13

“Bakıdakı xəstəxanalarda yaranan növbələrin əsas səbəblərindən biri vətəndaşın paytaxtda xidmət almaq istəməsidir”.

News365.az xəbər verir ki, bu barədəTƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “Elektron tibbi arayış” xidmətinin təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, bölgə xəstəxanalarında şərait yaradılsa da, vətəndaş əksər hallarda xidmət üçün Bakını seçir:

“Biz regionda yaşayan vətəndaşların xidmət üçün Bakıya üz tutmasının tərəfdarı deyilik. Hazırda regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün də işlər görülür.

Bəzi bölgələrdə artıq bu problem həll olunub. İlin sonuna qədər bu işlər həllini tapacaq”.


Youtube kanalımız

Oxşar xəbərlər