Azərbaycan Mərkəzi Bankı "Bakı Sığorta"nın lisenziyasını könüllü müraciət əsasında ləğv edib.
Bu barədə News365.az-a AMB-dən bildirilib.
Qeyd edilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə “Bakı Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş 04 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv edilib.
“Bakı Sığorta” ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq