“Badam arıqlamağa kömək edir“- Dietoloq

“Badam arıqlamağa kömək edir“-  Dietoloq
18 Apr 2024 18:25

"Badam yemək xolesterolu aşağı salmağa, saçın keyfiyyətini yaxşılaşdırmağa, ürək xəstəliklərinin qarşısını almağa, qırışlarla mübarizə aparmağa, artıq çəki ilə mübarizə aparmağa və ən əsası beyin fəaliyyətini yaxşılaşdırmağa kömək edəcək."

Dietoloq Fuad Məcidov bunu News365.az-a danışıb. 

"Çərəzlər, xüsusilə fındıq insan orqanizmi üçün faydalı olan doymamış turşular – olein və linolenlə zəngindir. Bu da diabet riskini azaldır, sinir sistemi üçün faydalıdır və immun sistemini gücləndirir. Qoz orqanizmi bitki tərkibli omeqa-3 yağ turşusu ilə təmin edən yeganə çərəzdir. E vitamini və alfa-linolen turşusu ilə zəngin olan qoz sinir sisteminə müsbət təsir edir, damarların kirəclənməsinin qarşısını alır, xolesterin səviyyəsini normallaşdırır, Alzheimer və diabet xəstəliklərinin yaranmasını ləngidir:

"Pəhriz saxlayarkən həm də orqanizmin gücünü itirməməsinə diqqət etmək lazımdır. İmmunitet düşməsi bir çox infeksiyaların yaranmasına səbəb ola bilər. Badamın tərkibi E vitamini, lif, maqnezium, kalsium, fosfor, dəmir və sink ilə zəngindir. Badam qan təzyiqini tənzimləyir, beynin fəaliyyətini yaxşılaşdırır. İydə və innab müxtəlif xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır. İydənin kalori dəyəri aşağı olduğundan və C vitamini ilə zəngin olduğundan arıqlamada, soyuqdəymə və tənəffüs yolları infeksiyalarında faydalıdır. Çərəzlərin saxlanma şəraiti də vacibdir"- deyə bildirib.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər