“Azərreyl“ Azərbaycan çempionu oldu

“Azərreyl“ Azərbaycan çempionu oldu
23 Apr 2024 18:51

Qadın voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.

Finalda "Azərreyl" ilə "Abşeron" üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutam matçda ilk set 25:13 "Azərreyl"in xeyrinə başa çatıb. Ardınca "Abşeron" ikinci seti 25:15 öndə tamamlayıb. Lakin növbəti iki ardıcıl setdə 25:21 hesablı qələbə qazanan "Azərreyl" 3:1-lik nəticə ilə Azərbaycan çempionu olub.

Qeyd edək ki, dünən kişi voleybolçuların final qarşılaşmasında “Azərreyl” kollektivi “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib.


Youtube kanalımız

Oxşar xəbərlər