"Azərpoçt" MMC "Yay Olimpiya Oyunları 2024" adlı poçt markasını dövriyyəyə buraxıb

"Azərpoçt" MMC "Yay Olimpiya Oyunları 2024" adlı poçt markasını  dövriyyəyə buraxıb
29 İyl 2024 13:20

Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının açılışı münasibətilə "Azərpoçt" MMC "Yay Olimpiya Oyunları 2024" adlı poçt markasını dövriyyəyə buraxıb.

News365.az xəbər verir ki, bu barədə "Azərpoçt" MMC məlumat yayıb.

Bildirilib ki, markanın üzərində Yay Olimpiya Oyunlarına daxil olan idman növlərinin simvolları əks olunub. Tərtibatda istifadə olunan rəng çalarlarının Azərbaycan idmançılarının "Yay Olimpiya Oyunları 2024"də iştirakı üçün təqdim olunan vahid idman formasının rəng çalarlarına uyğun olmasına xüsusi diqqət yetirilib.

Poçt markasının üzərindəki təsvirlər rəssam-dizayner Orxan Qarayevə məxsusdur.

Marka ilə yanaşı, 200 ədəd "Birinci gün" zərfi də hazırlanıb.

 

 


Sizin reklam burada
Sizin reklam burada