Azərbaycanla sərhəddə aksiya keçirən revanşistlərə erməni deputatlar da qoşuldu

Azərbaycanla sərhəddə aksiya keçirən revanşistlərə erməni deputatlar da qoşuldu
23 Apr 2024 14:00

Xəbər verdiyimiz kimi Qazaxın işğalda qalmış kəndlərinin Azərbaycana qaytarılmasından sonra Ermənistanın Tavuş vilayətində vəziyyət gərginləşib. Sərhədyanı kəndlərdə yaşayan kəndlilər etiraz aksiyaları keçirir, revanşist çağırışlar edirlər Bu gün isə məlum olub ki, tonqal qalayaraq səhərə kimi yolu bağlayan etirazçılara Ermənistan parlamentinin deputataları da qoşulub.

"Mamul" nəşrinin yaydığı məlumata görə, müxalifətin “Hayastan” fraksiyasından olan deputatlar Qarnik Danielyan, Aqnes Hamoyan, Mher Saakyan, Kristine Vardanyan, Qeqam Manukyan, Arman Qazaryan radikallara qoşularaq səhərə kimi tonqal ətrafında olublar. 

“Biz Tavuşdayıq və mən yeni bir şey demək istəmirəm. Problem təkcə Tavuşda deyil, Zəngəzurda da var. Vətəndaşlar, Ermənistan sakinləri nələrin baş verdiyini anlamırlar. Bu gün Şurnux və Barjavana kəndinin sakinləri düz azərbaycanlı sərhədçilərin gözləri qarşısında yaşayırlar, yollarımız isə dolama və uzundur. Gorus-Qafan dövlətlərarası yolu isə artıq əhəmiyətsiz olub. Bütün bunlar demarkasiya adı altında baş verir”, – Qeqam Manukyan kəndlilər qarşısında sərsəmləyərkən deyib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər