Azərbaycanda məhkəməsiz boşanma da mümkündür - VƏKİL VƏKİL

Azərbaycanda məhkəməsiz boşanma da mümkündür - VƏKİL  VƏKİL
22 Apr 2024 17:55

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə məhkəmələrinin yaradılmasını təklif edib.

Bu təklifi qurumun sədr müavini Aynur Sofiyeva aprelin 17-də parlamentdə “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə irəli sürüb. 

O söyləyib ki, ailə məhkəmələrinin təsis olunması çox vacibdir. Maraqlıdır, bəs boşanma hansı hallarda məhkəməsiz olur? Bu zamanda da məhkəmədə olduğu kimi mediasiyaya ehtiyac olurmu?

Vəkil-mediator Gülnar Qulizadə  açıqlamasında bildirib ki, bu, qanunla mümkündür: 

"Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən ər və arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Müvafiq icra hakimiyyəti orqanı dedikdə qeydiyyat idarələri nəzərdə tutulur. Bu ASAN xidmət və ya rayonlar üzrə də ola bilər. Bu zaman hər iki şəxsin ərizəsi eyni anda tələb edilir. Nikah müvafiq icra hakimiyyəti orqanında pozularsa, mediasiyaya ehtyiac olmur. Əgər tərəflərdən biri ərizə verməkdən imtina edərlərsə, o zaman qeydiyyat idarəsindən imtina alıb, mediasiyaya müraciət etmək lazımdır". 


Youtube kanalımız

Oxşar xəbərlər