Azərbaycanda DƏHŞƏT: Arvadını balta ilə ÖLDÜRDÜ

Azərbaycanda DƏHŞƏT:  Arvadını balta ilə ÖLDÜRDÜ
22 Apr 2024 16:07

Gədəbəydə xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elməddin Abdullayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 22-nə təyin edilib.

Şikayət hakim Əlizamin Abdullayevin sədrliyi ilə araşdırılacaq.

O, cəzasının yüngülləşdirilməsini istəyir.

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 6 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Gədəbəy rayonunun Şəkərbəy kəndində qeydə alınıb.

Belə ki, həmin gün 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin balta ilə çoxsaylı xəsarət yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmədə Elməddin Abdullayev ifadəsində bildirib ki, arvadını ona xəyanət etməsindən şübhələndiyi üçün öldürüb.


Youtube kanalımız

Oxşar xəbərlər