Azərbaycan millisi Özbəkistanda ikinci yoxlama matçını keçirib

Azərbaycan millisi Özbəkistanda ikinci yoxlama matçını keçirib
08 Fev 2026 13:45

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.

Millimiz Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 ilk yoxlama oyununda 3:2 hesablı qələbə qazanıb.


Sizin reklam burada
Sizin reklam burada