Aysun körpə qardaşından danışdı: “Mən onu sevə bilmərəm“

Aysun körpə qardaşından danışdı:  “Mən onu sevə bilmərəm“
23 Apr 2024 13:37

Müğənni Aysun İsmayılova bu gün "Zaurla Günaydın" verlişində qonaq olub.

News365.az xəbər verir ki, müğənni verlişdə qardaşından danışıb. 

"Qardaşımı çox sevirəm, onunla nəfəs alıram. Deyirdilər ki, bacılar qardaşa bağlı olur, heç vaxt düşünmürdüm. Təzə doğulanda  yox, yox mən onu sevə bilmərəm falan deyirdim. Amma indi onunla nəfəs alıram. Nəsə alanda deyirdim ki, bunu alıram ki, qaqaşa verəcəm. Bacının qardaşa olan sevgisi bir başqadır. Balaca bacımın 5, qardaşımın isə 3 yaşı var, Yağmurdakı məni keçib uje"- deyə əlavə edib. 

Qeyd edək ki, Rəqsanə İsmayılovanın 5 övladı var.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər