Avropa qoşunları Ukrayna səması və sərhədlərinin müdafiəsini öz üzərinə götürə bilər -Foreign Affairs

Avropa qoşunları Ukrayna səması və sərhədlərinin müdafiəsini öz üzərinə götürə bilər  -Foreign Affairs
23 Apr 2024 09:18

Əgər Avropa ölkələrinin hərbi kontingentləri Ukraynaya göndərilsələr, onlar hava hücumundan müdafiə və ya sərhəd təhlükəsizliyinin təşkilini öz öhdələrinə götürə bilərlər. News365.az xəbər verir ki, belə bir iddia ilə ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş polkovnik-leytenantı Cahara Matişek və Sent-Endryus Universitetinin strateji araşdırmalar üzrə ekspert, professor Phillips OBrayn "Foreign Affairs" nəşrində çıxış ediblər.

“Avropa qüvvələri hətta döyüş maşınlarının qulluq və təmiri kimi logistik funksiyaları yerinə yetirən ukraynalı hərbçiləri əvəz edə bilərlər”, - ekspertlər müsahibələrində bildiriblər. 

Həmçinin, analitiklərin fikrincə, Avropa hərbçiləri ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi işlərini öz üzərinə götürə, Ukraynanın Belarus və Moldova ilə sərhədində, eləcə də Qara dəniz sahillərində patrul həyata keçirə bilərlər.

Xatırladaq ki, bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makron NATO ölkələrindən Ukraynaya hərbi kontingentin göndərilməsinin real olduğunu bildirmişdi. Daha sonra əksər Avropa ölkələrinin rəhbərləri bu təklifi tənqid ediblər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər