Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN yeni texnoloji mərhələyə qədəm qoyub.
News365.az xəbər verir ki, şirkətin baş direktoru Ahmet Akyol Riyadda açıqlamasında bildirib
O, qeyd edib ki, elektro-optik kəşfiyyat sistemi ASELFLIR 600 artıq inventara daxil edilir, MURAD AESA radarı isə seriyalı istehsal mərhələsinə keçib.
Akyol, həmçinin SİPER hava hücumundan müdafiə sisteminin uzun mənzilli yeni versiyalarının hazırlanmaqda olduğunu qeyd edib.
Onun sözlərinə görə, “Çelik Kubbe” layihəsi çərçivəsində bu il ərzində Türkiyə Silahlı Qüvvələrinə və müvafiq qurumlara 100-dən çox məhsulun təhvil verilməsi planlaşdırılır.