“Aprelin 5-i bu proses sürətləndirildi“- Elçin Alıoğlu

“Aprelin 5-i bu proses sürətləndirildi“-  Elçin Alıoğlu
19 Apr 2024 11:48

"Sülhməramlıların bizim ərazilərimizi tərk etməsində qəfil və yaxud sürətli heç bir şey yoxdur. 2020-ci il 11 fevral  bu barədə ilkin məsələlər var idi". 

Politoloq Elçin Alıoğlu bunu News365.az-a açıqlamasında deyib. 

"Qarabağ savaşı başlamamışdan öncə Rusiya hərbi mövcudluğunu artırmaqla bağlı həm Ermənistana həm Azərbaycana müraciət etmişdi. 2020-ci ilin dekabrın 14-də isə qərara gəlindi ki, Rusiya sülhməramlıları kontingentində müəyyən dəyişikliklər olsun və ratasiya olunsun. Ukraynada müharibə başlayandan sonra ratasiya adı ilə sülhməramlıların böyük qismi Ukraynaya göndərildi. Burda əsas məsələ aprelin 5-i bu proses sürətləndirildi. Brüsseldə keçirilən görüşdə Ermənistana aşkar heçnə ilə məhdudlaşdırılmamış, pərdələnməmiş hərbi yardımlar Rusiyanın bölgədən çıxarılması təhdidini yaratdı"- deyə Elçin Alıoğlu vurğulayıb. 

Vəfa Vəliyev, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər