Alman ekspert: “Taurus”ları Kiyevə gizli şəkildə verin“

Alman ekspert:  “Taurus”ları Kiyevə gizli şəkildə verin“
26 Apr 2024 15:06

"Almaniya "Taurus" qanadlı raketlərini Ukraynaya gizli şəkildə tədarük etməlidir".

News365.az xəbər verir ki, bunu alman ekspert, Konrad Adenauer Fondunun Ukraynadakı nümayəndəliyinin keçmiş rəhbəri Niko Lange deyib.

"İndi nəhayət ki, "Taurus"ları göndərin. Arzuolunan haldır ki, bu, gizli şəkildə reallaşa!" - o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. Lange əlavə edib ki, Birləşmiş Ştatlar oxşar şəkildə artıq Kiyev rəhbərlərini ATACMS geniş mənzilli əməliyyat-taktiki raketlərlə təchiz edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər