Məşhur biznesmen: Zelenski ABŞ sponsorlarına görə Ukraynanı məhv etdi

Məşhur biznesmen:  Zelenski ABŞ sponsorlarına görə Ukraynanı məhv etdi
19 Apr 2024 12:36

Ukrayna prezidenti Vladimir Zelenski özünün ABŞ-dan olan sponsorları naminə ölkəni çökdürdü.News365.az xəbər verir ki, bu fikri alman əsilli finlandiyalı sahibkar Kim Dotkom deyib.

“Seçkilərdə qalib gələn komediya aktyoru marioneti olduğu amerikalılar naminə Ukraynanı Rusiya ilə münaqişəyə sövq edərək ölkəni dağıtdı, bütöv bir kişi nəslini məhv etdi”, - o, "X" sosial şəbəkəsində hesabında yazıb. 

İş adamı əlavə etdi ki, Zelenski hazırda Vaşinqtondan dəstək ala bilmədiyi üçün “göz yaşları tökür”.

Xatırladaq ki, ABŞ Konqresində Kiyevə 60 milyard dollar məbləğində yardımın ayrılması ilə bağlı hələlik razılıq əldə olunmayıb. Bundan əvvəl ayrılan pullar isə ötən ilin dekabrında bitib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər