““Alma ata“ sazişinə uyğun olaraq məsələlər öz həllini tapacaqdır“- Millət Vəkili

““Alma ata“ sazişinə uyğun olaraq məsələlər öz həllini tapacaqdır“-  Millət Vəkili
20 Apr 2024 10:53

"Qazaxın 4 kəndinin qaytarılması ilk növbədə Azərbaycan prezidenti cənab İlham Əliyevin növbəti qələbəsidir. Bütün dünya və Azərbaycan xalqı gördü ki, cənab prezident  verdiyi hər bir sözə sona qədər əməl edir". 

Millət Vəkili Arzu Nağıyev bunu News365.az-a müsahibəsində deyib. 

"1991-ci ilin "Alma ata" sazişinə uyğun olaraq bu məsələlər öz həllini tapacaq. May ayının 15-ə qədər protokollar imzalanacaqdır. Azərbaycan xalqı həqiqətəndə uzun müddət müzakirə aparılan 4 kəndin suveren Azərbaycan respublikasının ərazisi olduğunun şahidi olacaqdır.

Millət Vəkili hər vürsətdə Ermənistanı silahlandırmağa çalışan Qərbdən də söz açıb:

"Cənubi Qafqazda istər Qərb, istər digər havadar dövlətlər imkan verməlidir ki, hər bir xalq, hər bir dövlət öz müqəddaratını həll etsin. Əks halda ikili yanaşmalar, standartlar, yenidən müharibənin alovlanması münaqişənin yenidən yaranmasına gətirib çıxara bilər. Ciddi cəhdlərlə Avropa Birliyi, Amerika Birləşmiş Ştatları və Ermənistan görüşdə çalışırdılar ki, hər hansı bir yardımlardan istifadə edərək, bu kəndlərdə problemlər yaratsınlar"- deyə əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər