Aktyor Vahid Əliyevdən xəbər var

Aktyor Vahid Əliyevdən xəbər var
17:52

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Əməkdar artist Vahid Əliyevin səhhəti yaxşılığa doğru gedir.

Sənətçi bildirib ki, hazırda vəziyyəti stabildir:

“Səhhətim xeyli yaxşılaşıb. Allahın köməkliyi ilə 2-3 günə evə buraxılacağam. İllər əvvəl müalicə almaq üçün İrana, Türkiyəyə gedirdik. İndi Azərbaycan səhiyyəsi inkişaf edib. Mənə çox yaxşı baxırlar”.

Qeyd edək ki, Vahid Əliyev bir müddət əvvəl ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.


Sizin reklam burada
Sizin reklam burada