Ailə üzvlərini qətlə yetirən daha bir gənc: O da taksi şoferi idi... - Qonşu danışdı

Ailə üzvlərini qətlə yetirən daha bir gənc: O da taksi şoferi idi... -  Qonşu danışdı
19 Apr 2024 11:31

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb.

News365.az xəbər verir ki, bu barədə Baku TV-nin süjetində qeyd olunub.

Qonşuların bəziləri bildiriblər ki, ailə daxilində ara-sıra münaqişələr baş verib. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb.

Qonşu qadınlardan biri isə Fikrətin mehriban və sakit insan olduğunu bildirib:

“Ailəliklə mehriban adamlar idi. Biz ancaq “Kömək elə!” səsini eşitdik. Amma gələndə gec idi”


Youtube kanalımız

Oxşar xəbərlər