ABŞ silahı Ukraynaya bu yolla gələcək - Razılaşma

ABŞ silahı Ukraynaya bu yolla gələcək - Razılaşma
11:25

ABŞ Ukraynaya silah tədarükü davam edəcək və onlar NATO-nun Avropa tərəfdaşları tərəfindən ödəniləcək.

News365.az xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte “Foks Nyus”a açıqlamasında deyib.

“Prezident Tramp mənim vasitəmlə Avropadakı NATO tərəfdaşları ilə danışıqlar aparıb. Amerika silahlarının tədarükünün xərcini Avropadakı NATO tərəfdaşları ödəyəcək. Bu, yaxşı xəbərdir. Çünki bu, Ukraynaya silah axınının davam edəcəyi anlamına gəlir”, - Rutte bildirib.


Sizin reklam burada
Sizin reklam burada