BŞ-nin Merilend ştatının Baltimor sahillərində kömür daşıyan yük gəmisində baş verən partlayış və yanğın ciddi təhlükə yaradıb.
News365.az "NBC News"-a istinadən xəbər verir ki, Sahil Mühafizəsi rəsmiləri gəmidəki partlayışla bağlı açıqlama yayıb. Xəsarət alanların olmadığı və yanğının tamamilə söndürüldüyü bildirilib.
Hadisənin təfərrüatları hələ də araşdırılır, lakin səlahiyyətlilər ilk məlumatlara əsasən, heç bir insanın həyatını itirmədiyini və əlavə təhlükə olmadığını qeyd ediblər.