ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən Çin təşkilatlarına qarşı yeni sanksiyalar hazırlayır. Bu barədə Bloomberg məlumat yayıb. Qeyd edilir ki, o, Çin banklarının hədəfdə ola biləcəyinə işarə edib.
"Biz inanırıq ki, Çin artıq ayanmalıdır. Çünki inanırıq ki, bu dövlət öz milləti üçün layiqli davranış hüdudlarını dərindən aşır. Önümüzdəki həftələrdə bu mənzərənin inkişafını izlədiyimiz üçün əlavə sanksiyalar gözləmək olar",- o Koloradoda keçirilən təhlükəsizlik forumunda qeyd edib.
ABŞ rəsmisi vurğulayıb ki, bu gün dəqiq heç bir proqnozu yoxdur: "Ancaq sizə deyim ki, zaman keçdikcə bu davranışa cavab verə bilmək üçün inteqrasiya edilmiş alətlərimiz var. Və bu davranışa cavab verəcəyik".
Tural