Donald Tramp Ağ Evə qayıtdıqdan sonra ABŞ Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq etməyib. Bəzi hallarda Vaşinqton hətta məhdudiyyətləri yumşaldır.
“The New York Times”(NYT) yazır ki, bu, yeni çatdırılma şirkətləri üçün vəsaitləri və mühüm komponentləri, o cümlədən kompüter çiplərini və hərbi texnikaları Rusiyaya göndərmək imkanı yaradıb.
Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin baş elmi işçisi Edvard Fişman deyib: "Trampın iqtisadi siyasətə yanaşması təzyiq tətbiq göstərmək, təsir rıçaqları əldə etmək və ən yaxşı şərtləri əldə etməyə çalışmaqdan ibarətdir. Nədənsə o, Rusiyaya qarşı münasibətdə Putinin əleyhinə heç bir təsir rıçaqına sahib olmaq istəmir".
Analitiklərin fikrincə, yeni sanksiyalar olmadan mövcud anti-Rusiya tədbirləri öz gücünü itirəcək. Ticarət hesabatlarının, xüsusi onlayn siyahıların və korporativ sənədlərin təhlili Çinin materik hissəsi və Honq-Konqda 130-dan çox şirkətin Rusiyaya kompüter çiplərinin surətli satışını reklam etdiyini aşkarlayıb. Maraqlıdır ki, həmin şirkətlərin heç birinə sanksiya tətbiq edilməyib.
Nəşr yazır ki, ABŞ-ın mövcud hərəkətsizliyi Putinə Ukraynanı məhv edən özünün “hərbi canavarını” yedizdirməyə kömək edir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural