700 minlik oyun "Feminist yuvası"

700 minlik oyun "Feminist yuvası"
20 Dek 2024 21:43

“Meydan TV” ilə bağlı cinayət işi üzrə həbs edilən Bakı Jurnalistika Məktəbinin rəhbəri Ülvi Tahirovun ətrafında araşdırmalar davam etdirilir.

News365.az-ın məlumatına görə, “Baku TV”nin məsələ ilə bağlı hazırladığı süjetdə bildirilib ki, Ü.Tahirovun həyat yoldaşı, feminist kimi tanınan “Yuva Humanitar Mərkəzi”nin həmsədri Rəna Tahirovanın və onunla yaxın əlaqədə olan “Femact” MMC-nin rəhbəri Pərvanə Məmmədovanın 2016-cı ildən etibarən qadınları feminist hərəkatına cəlb etməklə təşkilatlanma, müxtəlif mənbələrdən maliyyə əldəetmə faktları müəyyən olunub.

Sistemli araşdırmalar zamanı o da üzə çıxıb ki, dəstə layihələrlə əlaqəli əldə etdiyi təxmini 700 min manat dəyərində maliyyə vəsaitlərini onlara məxsus bank hesabları vasitəsilə qəbul edib.

Ətraflı videomaterialda:


Youtube kanalımız