“4 saat ərzində çeynəmə olmamalıdır“- Dietoloqdan maraqlı açıqlama

“4 saat ərzində çeynəmə olmamalıdır“-  Dietoloqdan maraqlı açıqlama
23 Apr 2024 13:55

"Axşamda qidalanmaq olar. Ancaq yemək arasında mütləq 4 saat fasilə olmalıdır"

Dieotoloq Ülkər Müslümova bunu News365.az-a açıqlamasında deyib. 

"Arıqlamaq üçün 4 saat ərzində çeynəmə olmamalıdır, saqqız belə çeynəmək olmaz. O zaman inanın ki, kökəlməyəcəksiniz. Hətta gecə çörək, şirniyat belə yesəniz, kökəlməyəcəksiniz. Bu hər kəsə aiddir. 4 saat ərzində əlbəttəki çay, kofe içə bilərik. Çalışmaq lazımdır bitki çaylarına daha çox önəm verilsin. Çünki qara çay bizə şişkinlik, ödəm verə bilir. Daha çox yaşıl, melisa, lavanda çaydan istifadə etmək lazımdır. Bu arada gecə yaşıl çay içmək olmaz. Elə insanlar var düşünür ki, yaşıl çay məni arıqladırsa, 24 saat çalışırlar ki, yaşıl çay içsinlər, bu da düzgün deyil. Hər qidanın, hər çayın öz vaxtı var.  Yaşıl çay gecə içilərsə ödəm verir"- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər