Zelenski Rusiyaya sanksiyalar tətbiq etdi

Zelenski Rusiyaya sanksiyalar tətbiq etdi
14:43

Ukrayna dron və raket istehsalında iştirak edən şirkət və şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Şənbə gecəsi Rusiya Ukraynaya daha bir kütləvi hücum etdi: 400-dən çox dron və müxtəlif növ təxminən 40 raket. Bu silahların istehsalı rusların sanksiyalara baxmayaraq, əldə etməyə davam etdiyi vacib xarici komponentlər olmadan mümkün olmazdı. Və biz yeni sanksiyaları məhz bu şirkətlərə – komponent təchizatçılarına və raket və dron istehsalçılarına – qarşı tətbiq edirik”, – Zelenski bildirib.

Onun sözlərinə görə, digər fərmanla Rusiya maliyyə sektoruna qarşı sanksiyalar tətbiq edilib.

Bu siyahıya Rusiya raketləri və dronlarının istehsalı üçün komponentlərin tədarükünü maliyyələşdirən şirkətlər daxildir.


Sizin reklam burada
Sizin reklam burada