Yaponiya müdafiə xərclərini rekord səviyyədə artırır

Yaponiya müdafiə xərclərini rekord səviyyədə artırır
17 Avq 2024 18:25

Yaponiya növbəti il müdafiə büdcəsini rekord həddə – 54 milyard dollara qədər artırmaq istəyir. Bunun səbəbi Çin tərəfindən olan təhdidlərdir.

Bu barədə “Kyodo” öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, büdcə xüsusilə Çinin artan hərbi qətiyyəti fonunda uzaq adaların daha yaxşı müdafiəsi məqsədilə pilotsuz uçuş aparatlarının yerləşdirilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, söhbət Tayvana yaxınlığı səbəbindən strateji əhəmiyyət daşıyan Nansey adalarından gedir.


Sizin reklam burada
Sizin reklam burada