“Xəstəni yox, cibini müalicə edən həkimlər maklerə çevrilib”- Azər Rəşidoğlu

“Xəstəni yox, cibini müalicə edən həkimlər maklerə çevrilib”- Azər Rəşidoğlu
11:46

Jurnalist Azər Rəşidoğlu sosial media hesabında həkimlərə dair tənqidi paylaşım edib. O, xaricdə – xüsusilə Türkiyədə – yüksək səviyyəli təhsil alan bəzi həkimlərin vətənə döndükdən sonra peşə prinsiplərinə deyil, maddi maraqlara üstünlük verdiyini bildirib.

Rəşidoğlu öz paylaşımında klassik obraz olan Kefli İsgəndərlə paralel apararaq qeyd edib ki, bəzi həkimlər də eyni aqibəti yaşayır:

"Kefli İsgəndər yaxşı təhsil alıb, vətənə qayıtdı, amma dəllal olmadı, alkaş oldu. Bir çox qarşıma çıxan həkimlər Türkiyədə əla təhsil aldı, qayıtdı Bakıya... amma... vicdanlı həkim olmağa gücləri 2-3 il çatdı. Maklerə çevrilib, xəstəliyi yox, xəstənin cibini hədəf seçdilər."

Jurnalist həkimlərin yüksək əməkhaqqı alsa da, kasıb xəstələrə pul kisəsi kimi yanaşmalarını kəskin şəkildə qınayıb:

"Əlbəttə 17-20 min manat maaş böyük məbləğdir, amma kasıb xəstəyə pul kisəsi kimi baxmaq vicdansızlıqdır."

O, həmçinin qeyd edib ki, insanın bu dünyadakı əməlləri gec-tez qarşısına çıxacaq:

"Allah, Təbiət hər iki dünyada etdiklərinizi qarşınıza çıxaracaq."

Sonda Rəşidoğlu peşəkar və ləyaqətli həkimləri istisna edərək onlara təşəkkürünü ifadə edib:

"Peşəkar və ləyaqətli həkimlərin əllərindən öpürəm."


Sizin reklam burada
Sizin reklam burada