Xalq artisti Ənvər Həsənovun son vəziyyəti açıqlandı

Xalq artisti Ənvər Həsənovun son vəziyyəti açıqlandı
03 Fev 2025 12:40

"Xalq artisti Ənvər Həsənovun vəziyyəti orta ağır qiymətləndirilir".

News365.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Ənvər Həsənov yanvarın 31-də saat 15:00-da Tibbi Reabilitasiya Mərkəzinə yerləşdirilib:

"Hazırda Terapiya şöbəsində medikamentoz və fizioterapevtik müalicəsi davam edir".

Xatırladaq ki, Xalq artisti bir müddət əvvəl səhhətində yaranan narahatlıqlar səbəbi ilə xəstəxanaya yerləşdirilib.


Sizin reklam burada
Sizin reklam burada