Vanetsyan xarici kəşfiyyata işləyirmiş

Vanetsyan xarici kəşfiyyata işləyirmiş
07 May 2024 16:10

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanı xarici kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham edib.

Paşinyan deyib ki, delimitasiya prosesini tənqid edənlər ölkədə hərbi münaqişəyə və hakimiyyət dəyişikliyinin baş verməsinə can atırlar. Onun fikrincə, bütün bunlar isə yalnız Ermənistan ərazilərinib itirilməsinə səbəb ola bilər.

 "Bütün bunlardan sonra rəqiblərin növbəti addımı ölkənin dövlətçiliyinin və suverenliyinin məhvinə gətirib çıxaracaq qeyri-legitim marionet hökumətin qurulması olacaq. Bu, onların ssenarisidir və bütün bunlar çox aşkar görünür"- Paşinyan qeyd edib.

 Tural


Youtube kanalımız

Oxşar xəbərlər