Amerikalı iqtisadçı və Kolumbiya Universitetinin professoru Cefri Saks diqqət çəkən açıqlamalar verib. O, “Rossiya 24” telekanalına müsahibəsində Ukraynanın Avropa Əfqanıstanına çevrildiyini bildirib.
Ekspert xatırladıb ki, hadisələrin bu cür inkişafının mümkünlüyü barədə çoxdan xəbərdarlıq edib.
“Həmin vaxt demək istədiyim o idi ki, Birləşmiş Ştatlar öz oyunlarını oynayacaq, təxribat törədəcək, sonra isə sadəcə meydandan gedəcək və Ukrayna əfqanların üzləşdiyi şeylə üzləşəcək. Bu, qan tökülməsi, müharibə, müttəfiqə xəyanətdir... Heç kim mənə inanmadı, amma indi budur, həmin proseslər real oldu",- Saks qeyd edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural