Ukraynalı general Kiyevin Kursku işğal etməsini tənqid edib

Ukraynalı general Kiyevin Kursku işğal etməsini tənqid edib
29 Okt 2024 09:50

"Silahlı Qüvvələrin Rusiyanın Kursk vilayətinə daxil olmasında Ukrayna ordusunun ən yaxşı bölmələri iştirak etsə də, onun dəqiq məqsədi olmayıb". Bunu Ukrayna ordusunun general-polkovniki Dmitri Marçenko Ali Radanın keçmiş deputatı Borislav Berezanın YouTube kanalında bildirib.

General etiraf edib ki, o, Kursk əməliyyatının son məqsədini bilmir. Onun sözlərinə görə, məlum əraziyə hərbi qulluqçuların və sursatların göndərilməsi Kupyansk və ya digər istiqamətlərdən daha sürətlə baş verir.

Eyni zamanda, Marçenko qeyd edib ki, Kursk sərhəd bölgəsində çoxlu sayda hərbi qulluqçu saxlamaq kifayət qədər resurs tələb edir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada