Uitkoff: Rusiya və Ukrayna 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəlib

Uitkoff: Rusiya və Ukrayna 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəlib
14:36

Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə (BƏƏ) danışıqlarda 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəliblər.

News365.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bildirib.

Onun sözlərinə görə, Ukrayna böhranının nizamlanması üçün hələ xeyli səy tələb olunacaq, lakin dialoq nəticə verir.

O qeyd edib ki, yaxın həftələrdə Rusiya və Ukrayna danışıqlarında irəliləyiş gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada