Türkiyə “NATO” qərarını verdi

Türkiyə “NATO” qərarını verdi
29 Apr 2024 15:34

Türkiyə Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyini dəstəkləyəcəyini açıqlayıb.

News365.az "Cumhuriyet"ə istinadən bildirir ki, bununla bağlı Türkiyə öz qərarını təşkilatın digər üzvlərinə çatdırıb.

Türkiyə rəsmilərindən alınan məlumata görə, Türkiyənin NATO-nun yeni baş katibi postu üçün Rutteyə dəstək verəcəyi artıq dəqiqləşib.

Qeyd edək ki, bir neçə gün öncə  Hollandiyanın Baş naziri Mark Rutte ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutmuşdu. Görüş çərçivəsində Ərdoğan vurğulamışdı ki, gələcək baş katib kimi Mark Ruttenin Avropa Atlantik Təhlükəsizliyinin təmin edilməsində NATO-nun əsas mövqeyini qorumağa üstünlük verəcəyini gözləyir.


Youtube kanalımız

Oxşar xəbərlər