Tramp Bayden kimi rusofob deyil - Puşkov

Tramp Bayden kimi rusofob deyil - Puşkov
16:45

ABŞ Prezidenti Donald Tramp rusofob deyil. Sələfi Co Baydendən fərqli olaraq, Rusiyaya hörmət edir.

Bunu rusiyalı senator Aleksey Puşkov deyib.

“Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq edir və onları Ukraynadakı münaqişənin siyasi həllinin bir hissəsi olaraq Kremlə təzyiq göstərmək üçün vasitə hesab edir. Tramp üçün Rusiya strateji rəqibdir.

Bəli, o, bizim haqqımızda tənqidi açıqlamalar verə bilər. Məsələn, məyus oldum, narazıyam və s. Amma o, Rusiyanı, onun xalqını və ya liderlərini təhqir etmir. Tramp Rusiyadan hörmətlə danışır. Tramp Rusiyadan ciddi münasibət saxlamaq niyyətində olduğu dövlət kimi danışır", - o bildirib.


Sizin reklam burada
Sizin reklam burada