Sumqayıtda ağır qəza: yaralılar var...

Sumqayıtda ağır qəza: yaralılar var...
08 Fev 2026 18:42

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az  Report-a istinadla xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Məlumata görə, "Toyota Prius" markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada