Sibel Canın yeni SEVGİ MACƏRASI

Sibel Canın yeni SEVGİ MACƏRASI
10:49

Məşhur müğənni Sibel Can ilə iş adamı Emir Sarıgül ötən axşam İstanbulda bir restoranda baş-başa yemək yeyərkən görüntüləniblər.

News365.az xəbər verir ki, 2019-cu ildə Fatoş Altınbaşdan boşanan Sarıgülün, evli olduğu dövrdə Sibel Can ilə eşq yaşadığı iddia olunmuşdu. Keçən il isə cütlüyün Fransanın cənubunda gizlicə evləndiyi xəbərləri yayılmış, lakin bu iddialar təkzib edilmişdi.

May ayında da oxşar şayiələr gündəmə gəlmiş, jurnalist Birsen Altuntaş “X” sosial media hesabında Sibel Canın mətbuat katibi ilə danışdığını qeyd edərək, “Sosial media Sibel Can ilə Emir Sarıgülü evləndirib, amma hazırda Cahide səhnəsindədir” sözləri ilə söz-söhbətləri bitirmişdi.

Cütlük, bir neçə həftə əvvəl Fransa tətilindən dönərkən Nice Hava Limanında da obyektivlərə tuş gəlmişdi. Onlar son olaraq ötən axşam İstanbulda nahar edərkən pərəstişkarlarının kameralarına əks olunublar.


Sizin reklam burada
Sizin reklam burada