Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan AYRILIR? - “Mövsümün sonunda...“ - Özü AÇIQLADI

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan AYRILIR? -  “Mövsümün sonunda...“ - Özü AÇIQLADI
27 Apr 2024 21:37

Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək.

Bunu “Report”a açıqlamasında Türkiyənin "Adana Dəmirspor" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

Qolkiper Türkiyə klubundakı gələcəyi ilə bağlı danışıb:

“Adana Dəmirspor” klubu ilə müqaviləmin müddəti 2025-ci ildə başa çatacaq. Mən bu komandanın futbolçusuyam. Mövsümün sonunda hər şey daha dəqiq bilinəcək”.

Türkiyə Superliqasının XXXIV turunda “Qalatasaray”a (0:3) qarşı meydana çıxan Ş.Məhəmmədəliyev oyunla bağlı fikirlərini bölüşüb: “Ümumilikdə pis oyun alınmadı, lakin yekunda qələbə rəqibin oldu. İlk hissədə pis çıxış etmədim. Sadəcə, "Qalatasaray"da Muslera var”.


Youtube kanalımız

Oxşar xəbərlər