Sabah qərar veriləcək: Ermənistanla tamammı, davammı- TƏHLİL

Sabah qərar veriləcək: Ermənistanla tamammı, davammı-  TƏHLİL
07 May 2024 08:49

Sabah Moskvada Vladimir Putinlə Nikol Paşinyanın görüşü olacaq. Artıq neçə gündür ki, çoxları bu görüşə fokuslanıb. Çünki, Ermənistanla Rusiya arasında davam edən soyuq müharibənin sonrakı mərhələsi üçün bu görüş çox əhəmiyyətlidir.

Qeys edək ki, sabah Avrasiya İqtisadi İttiafaqının yubiley tədbiri keçiriləcək. Paşinyan da Aİİ-nin yubiley sammitinə qatılmaq üçün Moskvaya  gələcək. Həmin gün Ermənistanın baş naziri ilə Rusiya Federasiyasının prezidenti arasında ikitərəfli görüş olacaq.

Rusiya mətbuatının yazdığına görə Kreml mayın 8-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşə böyük əhəmiyyət verir. Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov hesab edir ki, bu, ikitərəfli münasibətlərdə “i-nöqtə”nin yaranmasına kömək edəcək.

“Son vaxtlar Rusiya ilə Ermənistan arasında münasibətlərdə problemli məsələlər yığılıb, gözlədiyimiz kimi, liderlər arasında açıq şəkildə müzakirə olunacaq”, - deyə Uşakov jurnalistlərə bildirib.

O xatırladıb ki, Paşinyan apreldə Moskva ilə münasibətlərin ağır günlər keçirdiyini və son vaxtlar iki ölkə liderləri arasında təmasların nəzərəçarpacaq dərəcədə azaldığını qeyd edib.

“Həm Rusiyaya, həm də KTMT-yə qarşı tənqidlər səslənir. Bilirsiniz ki, Ermənistan bu təşkilatda iştirakdan faktiki olaraq imtina etməyib, lakin onlar təlimlərdə iştirak etmirlər. Ona görə də  KTMT-ni maliyyələşdirməkdən çəkinmək, eyni zamanda, Ermənistanda Avropa İttifaqına daxil olmaq üçün müxtəlif variantlar da daxil olmaqla, Qərblə dialoq nümayişkaranə şəkildə inkişaf edir, yəni, indi bir çox məsələlər yığılıb liderlər arasında müzakirə tələb olunur”,- deyə Rusiya Federasiyası Prezidentinin köməkçisi bildirib.

Onun sözlərinə görə, ikitərəfli görüş Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra baş tutacaq və bu, çox mənalı olacaq.

Uşakov qeyd edib ki, Ermənistan yanvar ayında Aİİ-də sədrliyinin prioritetlərini dərc edib, “və bu prioritetlər praktiki olaraq Rusiyanın 2023-cü ildə sədrliyi zamanı irəli sürdüyü Aİİ çərçivəsində əsas prioritetlərlə üst-üstə düşür”.

Mayın 8-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə Aİİ-nin yubiley sammiti keçiriləcək.

Burada Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan prezidentləri, Ermənistanın baş naziri iştirak edəcək. Geniş tərkibli iclasa Kuba və Özbəkistanın müşahidəçi dövlət başçıları dəvət olunub.

Maraqlıdır ki, Ermənistan KTMT-dən imtina etsə də Aİİ-dən dördəlli yapışıb. Və görünən odur ki, bu İttifaqdan çıxmaq barədə Paşinyan heç düşünmür də. Bu da təsadüfi deyil. Çünki, Ermənistanın xarici ticarətinin yarısı məhz Aİİ üzvləri ilədir. Ona görə də İttifaqdan çıxmaq Ermənistan üçün iqtisadi fəlakət ola bilər. Sonda onu da deyək ki, Ermənistan Aİİ-nin hazırkı sədridir.

Məhz bu səbəbdən də yubiley tədbiri İrəvanda keçirilməli idi. Lakin, rəsmi Moskvanın istəyi ilə görüş İrəvanda keçirilməyib. Bu da o deməkdir ki, təkcə Ermənistanın yox, Aİİ-nin də ipi Rusiyanın əlindədir.

İlhamə Qiyas, News365.az  


Youtube kanalımız

Oxşar xəbərlər