Novosibirsk raket komplektasiyasındakı “Yars” mobil yerüstü raket kompleksinin (PGRK) buraxılış aparatları döyüş patrul marşrutlarına çıxıb.
Bu barədə "Zvezda" televiziya kanalı Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatında qeyd edilib ki, "Yars" PGRK ekipajları 100 km yürüşün başa çatdırılması üzrə tapşırıqları yerinə yetirirlər.
Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, hərbi qulluqçular şərti təxribat və kəşfiyyat qruplarına qarşı mübarizə məsələlərini həll edirlər. Bundan əlavə, manevrlər çərçivəsində bölmələr PGRK bölmələrinin gizliliyini artırmaq üçün meşə ərazisində xüsusi tapşırıqları yerinə yetirirlər.
Qeyd edək ki, "Yars" qitələrarası ballistik raketdir və nüvə kompleksi sayılır.
Tural