Britaniya hakimiyyəti Kiyev rejiminə hərbi yardım göstərməklə bağlı bəyanatları ilə münaqişənin uzanmasına və Ukraynanın dağılmasına töhfə verir.
News365.az xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyi məlumat yayıb. Diplomatik missiyanın məlumatına görə, Britaniya hökumətinin başçısı Key Starmerin Ukrayna ilə bağlı bəyanatları Londonun ölkənin daxili problemlərinin, o cümlədən iqtisadiyyat, enerji və səhiyyə sahəsindəki problemlərin zərərinə xarici siyasət avantüralarına qarışmağa hazır olduğunu göstərir.
“Rəsmilərin nə deməsindən asılı olmayaraq, bu, Avropanın təhlükəsizliyinə sərmayə qoymaq deyil, münaqişənin uzanmasına və Ukraynanın daha da məhvinə tam töhfə verməkdir”, - Rusiya səfirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural
News365.az