“Real“ “Bayer 04“ klubunun futbolçusunu transfer etmək istəyir

“Real“ “Bayer 04“ klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 22:56

İspaniyanın "Real" (Madrid) kollektivi Almaniyanın “Bayer 04” klubunun futbolçusu Florian Virtsi transfer etmək istəyir.

"News365.az" "Sport Bild"ə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin mövsümün sonu "Kral klubu"na keçəcəyi istisna olunmur.

Bununla belə, leverkuzenlilər almaniyalı futbolçunu daha bir mövsüm komandada saxladıqdan sonra 150 milyon avroya satmağı düşünür.

Qeyd edək ki, F.Virtsin müqaviləsi 2027-ci ildə başa çatacaq. O, cari mövsüm meydana çıxdığı 31 oyunda 11 qol vurub.


Youtube kanalımız

Oxşar xəbərlər