Putin dərhal atəşkəsə razılaşmalıdır - Starmer

Putin dərhal atəşkəsə razılaşmalıdır - Starmer
13 Apr 2025 19:30

Böyük Britaniyanın Baş naziri Keyr Starmer Rusiyadan Ukraynadakı münaqişəni dərhal dayandırmağı tələb edib.


News365.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.


Siyasətçi Suma edilən hücumdan hiddətləndiyini bildirib.


Eyni zamanda o, Ukrayna lideri Vladimir Zelenskinin artıq sülhə sadiqliyini nümayiş etdirdiyi qənaətində olduğunu bildirib.


"Putin indi heç bir şərt olmadan tam və dərhal atəşkəsə razılaşmalıdır”, - deyə Starmer qeyd edib.


Qeyd edək ki, bu gün Rusiya Ukraynanın Sum şəhərinə raket zərbələri endirib. İndiyə qədər olan məlumata görə, zərbələr nəticəsində 31 nəfər ölüb, 84 nəfər isə yaralanıb.


Sizin reklam burada
Sizin reklam burada